İqtisadiyyat İnstitutunda daha 2 elmi şöbənin hesabatları dinlənilib
- Oxunub 329 dəfə
Noyabrın 14-də İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat plan işlərinin yekunlarına dair hesabatların dinlənilməsi davam etdirilib.
“İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” və “Sənaye siyasəti və investisiya problemləri" şöbələrinin elmi əməkdaşlarının hesabatı dinlənilib. Apardıqları elmi tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.f.d., dosent Allahyar Muradov, “Sənaye siyasəti və investisiya problemləri"nin müdiri, i.e.d., professor Tofiq Hüseynov çıxış ediblər. Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub, suallar cavablandırılıb. Komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər.
Qeyd edək ki, hesabatların dinlənilməsi üçün İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb. Müəyyən edilmiş müvafiq qrafik üzrə noyabrın 16-dək hesabatlar qəbul ediləcək (economics.com.az).