“Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin hesabatı dinlənilib
- Oxunub 292 dəfə
Noyabrın 15-də İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat plan işlərinin yekunlarına dair hesabatların dinlənilməsi davam etdirilib.
“Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin elmi əməkdaşlarının hesabatı dinlənilib. Apardıqları elmi tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla şöbə müdiri i.e.d., professor Tərbiz Əliyev çıxış edib. Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub, suallar cavablandırılıb. Komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər.
Qeyd edək ki, hesabatların dinlənilməsi üçün İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb. Müəyyən edilmiş müvafiq qrafik üzrə noyabrın 16-dək elmi şöbələrin hamısı hesabat verəcək (economics.com.az).