Şöbələrin birgə iclasında dissertasiya işinin ilkin müzakirəsi keçirilib
- Oxunub 342 dəfə
Yanvarın 25-də İqtisadiyyat İnstitutunda “Sənaye siyasəti və investisiya problemləri” və “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbələrinin birgə iclasında dissertant Əsgərov Ramil Ramiz oğlunun “Neft maşınqayırma sənayesində istehsal potensialından istifadənin yaxşılaşdırılması yolları” mövzusunda, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Professor Tərbiz Əliyevin sədrliyi ilə keçirilən iclasda iddiaçı barədə məlumat verildikdən sonra R.Əsgərov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.
İşlə bağlı rəyçilərin rəyləri dinlənilib. R.Əsgərov ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan geniş müzakirələrdən sonra, iradlar nəzərə alınmaq şərti ilə, dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə, Elmi Seminara tövsiyə olundu (economics.com.az).