Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiyalarda qiymətləndirmə modellərinin qurulması müzakirə olunub

  • Oxunub 454 dəfə

 Aprelin 11-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi şöbələrin müdirlərinin, doktorant və dissertantların iştirakı ilə tədbir keçirilib.

 İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev doktorant və dissertantlar tərəfindən aparılan elmi tədqiqat işlərinin, yazdıqları dissertasiyaların keyfiyyətinin artırılmasının vacibliyindən, bunun üçün müasir tələblərə uyğun olaraq dissertasiyalarda qiymətləndirmə modellərinin qurulmasının əhəmiyyətindən, İqtisadiyyat İnstitutunun bu sahədəki potensialından daha səmərəli istifadə edilməsi imkanlarından danışıb.

 Sonra İqtisadiyyat İnstitutun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, riyaziyyat-fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəvanə Əsədova "Dissertasiyalarda tətbiq olunan qiymətləndirmə modellərinin qurulması" mövzusunda çıxış edib, doktorant və dissertantlara tövsiyələrini verib, elmi tədqiqat işlərində riyazi modellərin qurulması sahəsində onlara kömək göstərməyə hazır olduqlarını bildirib.

Mövzu ilə bağlı şöbə müdirləri də çxış ediblər, doktorant və dissertantların iştirakı ilə geniş müzakirələr aparılıb (economics.com.az).