İqtisadiyyat İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda çıxış edib
- Oxunub 325 dəfə
26-27 aprel 2023-cü ildə Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfransı keçirilib.
Mövzu üzrə tədqiqatçıların 100-dən artıq məruzələrinin dinləndiyi tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xarici iqtisadi əlaqələrin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos. Gülnar Səmədova “Heydər Əliyev və Azərbaycanda sağlamlıq turizmin inkişafı” mövzusunda çıxış edib. Konfransda məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.