İqtisadiyyat İnstitutnun əməkdaşı “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” mövzusunda konfransda iştirak edib
- Oxunub 232 dəfə
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib.
Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər.
Konfransın təşkilat komitəsi tərəfindən qəbul edilmiş elmi məqalələr Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı respublika elmi-praktik konfransının materilalarında dərc edilib.
Konfransın materiallarında Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutnun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Təbriz Yadigarovun Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların iqtisadi əhəmiyyətinin qiymətləndirilməsi mövzusunda təqdim etdiyi elmi məqaləsi də yer alıb.