Şöbələrin birgə iclasında doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
- Oxunub 180 dəfə
Mayın 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı”, “Monetar və fiskal tənzimləmə problemləri” və "Aqrar sektorun iqtisadi problemləri” şöbələrinin birgə iclasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Fikrət Quliyevin iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın istehlak bazarında marketinq fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması istiqamətləri” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Professor Tərbiz Əliyevin sədrliyi ilə keçirilən iclasda iddiaçı barədə məlumat verildikdən sonra F.Quliyevin dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.
İşlə bağlı rəyçilərin rəyləri dinlənilib. F.Quliyevona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə, Elmi Seminara tövsiyə olundu (economics.com.az).