Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında doktorluq dissertasiya işi müzakirə olunub

  • Oxunub 333 dəfə

Oktyabrın 6-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.

 Prof. M.Atakişiyevin sədrlik etdiyi iclasda Yadulla Mehriban Yadulla qızının 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə “Milli iqtisadiyyatın səmərəliliyinin xarici ticarət problemləri” mövzusunda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi məsləhətçi akademik Z.Səmədzadə).

Dissertasiya işi Bakı Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra M.Yadulla dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, geniş müzakirələr aparılıb.

 Sonda M.Yadullanın dissertasiya işi gizli səsverməyə çıxarılıb, lakin nətəcələrə əsasən qaydalara uyğun yetərli sayda müsbət səs toplamadığı üçün Dissertasiya Şurası tərəfindən təsdiqlənməyib (economics.com.az).