Dissertasiya Şurasında dissertasiya işi müzakirə edilib
- Oxunub 112 dəfə
Oktyabrın 27-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Prof. M.Atakişiyevin sədrlik etdiyi iclasda iddiaçı Binnətov Yusif Cavad oğlunun 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Azərbaycanın tikinti sahəsində iqtisadi münasibətlərin formalaşması və təkmilləşdirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoruelmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər professor Ü.Əliyev).
Dissertasiya işi Azərbaycan Memarlıq və İnşaat Universitetində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra Y.Binnətov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, geniş müzakirələr aparılıb.
Sonda Y.Binnətovun dissertasiya işi gizli səsverməyə çıxarılıb, lakin nətəcələrə əsasən qaydalara uyğun yetərli sayda müsbət səs toplamadığı üçün Dissertasiya Şurası tərəfindən təsdiqlənməyib (economics.com.az).