Elmi seminarda dissertasiya işi müzakirə olunub
- Oxunub 207 dəfə
Noyabrın 24-də İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı Abbasov Əli Yaşar oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Azərbaycanda istehsal olunan elektrik enerjisinin qiymətlərinin orta və uzunmüddətli dövr üçün proqnozlaşdırılması modelləri" mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. Ə.Abbasov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).