Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun gənc tədqiqatçıları Tbilisi Dövlət Universitetində çıxış ediblər

  • Oxunub 404 dəfə

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun bir qrup elmi əməkdaşı 2023-cü il dekabrın 14-15-də Gürcüstanda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) olublar. Dekabrın 14-də nümayəndə heyəti Tbilisi Dövlət Universitetində İctimaiyyətlə Əlaqələr Ofisinin rəhbəri Uça Qoqriçiani ilə görüşüb, universitetin tarixi binası, muzeyi, kitabxanası ilə tanış olublar.

Həmin gün TDU-nun İqtisadiyyat və biznes fakültəsinin dekanı, professor Giorgi Qaqanidzenin rəhbərliyi ilə dəyirmi masa keçirilib, Gürcüstan və Azərbaycanın iqtisadi əlaqələri, ölkələrin sosial-iqtisadi inkişafı məsələləri müzakirə olunub. Tədbirdə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun tədqiqatçıları aşağıdakı mövzularda təqdimatla çıxış ediblər:

1. “Azərbaycanda neft və qaz ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması istiqamətləri” – aparıcı elmi işçi, i.f.d., dosent Nəsimi Əhmədov.

2. “Hökumət Texnologiyalarının Yetkinlik İndeksində Azərbaycan və qonşu ölkələrin mövqeyinin müqayisəli təhlili” - aparıcı elmi işçi, i.f.d. Gülnarə Fətəliyeva.

3. “Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin əsasları və üzən məzənnə rejimi” - böyük elmi işçi Elnur Zeynalov.

4. “Həyat sığortası qeyri-dövlət sosial sığorta aspektindən” - elmi işçi Mələk Əliyeva.

5. “Rusiyanın Ukraynaya təcavüzünün Qafqaz ölkələrinə iqtisadi təsiri: qısamüddətli faydalar və uzunmüddətli problemlər” – aparıcı elmi işçi, i.f.d. İsgəndər Babazadə.

6. “Cənubi Qafqaz regionunda post-konflikt ərazilərin bərpası. Azərbaycanın hazırkı təcrübəsi” - kiçik elmi işçi Ənvər İsmayıllı.

7. “Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərinə tarixi baxış. Birgə realizə olunmuş iqtisadi layihələrin rolu” - Murad Fərəcov.

Dekabrın 15-də Azərbaycan nümayəndə heyəti İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat və biznes fakültəsinin təşkil etdiyi elmi konrfansa qatılıb. Bu tədbirdə TDU-nun əməkdaşları aşağıdakı mövzularda təqdimatlarla çıxış ediblər:

1. “Gürcüstanda müasir qloballaşma şəraitində insan kapitalının iqtisadi artıma təsiri” - dosent Givi Bedianaşvili.

2. “Biznesdə maliyyə nəticələrinin proqnozlaşdırılmasının proqram təminatı sisteminin işlənməsinin tədrisi” - dosent Tea Munjişvili.

3. “Avropa İttifaqının tələblərinə uyğun olaraq enerji qovşağı siyasətinin formalaşdırılması və onun Gürcüstanda həyata keçirilməsi perspektivləri” - professor Revaz Qvelesiani.

4. “Elektrik enerjisində dispetçer idarəetmə və avtomatlaşdırılmış nəzarət sisteminin (SCADA) təkmilləşdirilməsi yolları” - dosent Rusudan Seturidze.

5. “KOB-larda rəqəmsal transformasiya: davamlı inkişaf üçün problemlər və perspektivlər” - baş professor Eter Xaraişvili.

 Səfər zamanı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat və biznes fakültəsinin nümayəndələri ilə müxtəlif istiqamətlərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub (economics.com.az).