Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib

  • Oxunub 106 dəfə

 Fevralın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun "Zoom" vasitəsilə növbəti iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,Elm və Təhsil Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib.

 ETN İqtisadiyyat İnstitutunu İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva təmsil edib. İclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlərə və 2024-cü il üçün Fəaliyyət Planının layihəsinə, Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatı ilə bağlı, habelə əmək bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının təhsil pillələri üzrə müqayisəli təhlili haqqında təqdimatlar olmuşdur.