Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"İqtisadiyyat və mentalitet"

  • Oxunub 1460 dəfə

 “Kreativ iqtisadiyyat” Diskussiya Klubunda prof. Əli Abbasovun məruzəsi dinlənilib

 Mayın 3-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirilmişdir. Tədbirə AMEA Fəlsəfə İnstitutunun əməkdaşları da qatılmışdılar. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra AMEA Fəlsəfə İnstitutunun professoru Əli Abbasovun "İqtisadiyyat və mentalitet" mövzusunda məruzəsi dinlənildi.

 Prof. Ə.Abbasov milli mədəniyyətin, mentalitetin iqtisadiyyata təsiri, bir-biri ilə bağlılığı, ayrı-ayrı ölkələrdə müxtəlif mədəniyyətlərin iqtisadi inkişaf proseslərində mənfi və müsbət rolundan və s. danışdı. Sonra məruzəçi ona ünvanlanmış sualları cavablandırdı.

 Mentalitet bir fenomen kimi, ona fəlsəfi baxışlar, Azərbaycan xalqının tarixən formalaşmış mentaliteti, milli mədəniyyətimiz, tolerantlıq, bu amillərin iqtisadiyyatla qarşılıqlı əlaqəsi, davranış iqtisadiyyatı, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi və mentalitet məsələsi, dinin, müxtəlif ideologiyaların mentalitetə təsiri, iqtisadiyyat və fəlsəfənin fənlərarası əlaqə baxımından öyrənilməsi kimi məsələr ətrafında geniş müzakirələr aparıldı. Xüsusən də iqtisadi inkişafa təkan verən və ona mane olan milli xüsusiyyətlərimiz, bu sahədə dünya ölkələrinin təcrübəsi, milli xüsusiyyətlərlə iqtisadi inkişaf arasında hər hansı asılılığın olması və s. aktual məsələlər maraqlı diskussiyalara səbəb oldu (economics.com.az).