Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər”

  • Oxunub 1354 dəfə

 Bu mövzuda Şamaxıda keçirilən tədbirdə İqtisadiyyat İnstitutu da təmsil olunmuşdur

 Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində 7 oktyabr 2016-cı il tarixində “Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada AMEA-nın İqtisadiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və digər universitetlərin, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının, dövlət və qeyri-hökumət təşkilatlarının, bələdiyyələrin geniş tərkibli nümayəndə heyətləri iştirak etmişlər.

 Dəyirmi masada vergi sahəsində kadr hazırlığı sahəsində mövcud vəziyyət, problemlər, onların aradan qaldırılması yolları və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilmişdir. Müzakirələr və dəyirmi masada edilən çıxışlar əsasən aşağıdakı istiqamətləri əhatə etmişdir: təhsil müəssisələrində vergi sahəsində biliklərin aşılanması; gənclərdə vergi mədəniyyətinin formalaşması; kadr hazırlığı prosesində qarşıya çıxan problemlərin təhlili; vergi sahəsində nəzəri biliklərlə praktiki tətbiq bacarıqlarının araşdırılması; ixtisasartırma və peşə hazırlığı problemlərinin real tələbatla uyğunlaşması; təlim və tədris prosesinin təkmilləşdirilməsi və s.

 Tədbirdə Azərbaycanın aparıcı iqtisadçı və hüquqşünas alimlərinin, bilavasitə praktiki fəaliyyətlə məşğul olan sahibkarların və cəmiyyətin digər təbəqələrini təmsil edən nümayəndələrinin çıxışları dinlənilmişdir. Müzakirələrdə AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti şöbəsinin” müdiri Tanrıverdi Paşa vergi kadrlarının hazırlanması və ixtisaslarının artırılması, təlim və tədris prosesinin təkmilləşdirilməsi və s. haqqında bir sıra təklif və tövsiyyələrlə çıxış etmişdir (economics.com.az).