Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Hiper dövr və “A elementi”...

  • Oxunub 1532 dəfə

 "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda i.f.d. Əli Hüseynovun maraqlı məruzəsi dinlənildi

 Noyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra İnstitutun baş elmi işçisi, i.f.d. Əli Hüseynov “Hiper dövr və “A elementi”: məğzi və milli iqtisadiyyat üçün əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi.

 Məruzəçi müzakirəyə təqdim etdiyi mövzunun əsas mahiyyəti barədə məlumat verdi, dünya ölkələrinin tarixən keçdikləri inkişaf mərhələlərindən müasir dövrədək olan məntiqi ardıcıllıqdan, inkişafın hiper dövrünün və özünün yanaşması olan “A elementi”nin əsas xüsusiyyətlərindən, infilyasiya proseslərinin müxtəlif dövrlərdə iqtisadiyyata mühüm təsiri və onun nəticələri və s. barədə danışdı. Sonra mövzu ətrafında maraqlı və geniş müzakirələr aparıldı (economics.com.az).