Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

"Ekonofizika" yeni elm sahəsi kimi

  • Oxunub 1828 dəfə

 "Kreativ iqtisadiyyat" Klubunda professor Şahlar Əsgərovun maraqlı məruzəsi dinlənildi

 Martın 3-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov tədbirdə əsas məruzəçi barədə məlumat verdikdən sonra fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov "Ekonofizika" mövzusunda məruzə ilə çıxış etdi.

 Məruzəçi müzakirəyə təqdim etdiyi mövzunun əsas mahiyyəti barədə məlumat verdi, ekonofizikanın yeni elm sahəsi kimi 1995-ci ildə ABŞ-da yarandığını, iqtisadi nəzəriyyənin bir istiqaməti hesab edildiyini, iqtisadi proseslərin qeyri-xətti dinamikasını öyrənən elm kimi Qərb universitetlərində tədris olunduğunu qeyd etdi. Ekonofizikanın əsas məğzi iqtisadi proseslərə fizikanın qanunları əsasında bir yanaşma formasıdır. Prof. Ş.Əsgərovun bu baxımdan məsələyə baxışı və gəldiyi nəticələr maraqlı müzakirələrə səbəb oldu. Professor ona ünvanlanan sualları cavablandırdı. Çıxış edənlər prof. Nazim Müzəffərli, f.f.d. Mayis Gülalıyev, i.f.d. Nəsimi Əhmədov, Tanrıverdi Paşa və digərləri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər (economics.com.az).