“Azərbaycan iqtisadiyyatının dayanıqlı fəaliyyəti modeli”
- Oxunub 2614 dəfə
“Kreativ iqtisadiyyat” klubunda Məzəddin Əyyubovun təqdimatı.
06 fevral 2015-ci il tarixdə AMEA İqisadiyyat İnstitutunda iqtisadçı alimlərin iştirakı ilə “Kreativ iqtisadiyyat” diskussiya klubunun növbəti tədbiri keçirildi. İnstitutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov “Azərbaycan iqtisadiyyatının dayanıqlı fəaliyyəti modeli” mövzusunda cıxış etdi. O, müzakirəyə təqdim etdiyi modelin başlıca xüsusiyyətlərini, məsələyə elmi yanaşmanın əsas parametrlərini, onun mahiyyətini acıqladı, habelə model əsasında ölkə iqtisadiyyatının inkişaf meyillərini xarakterizə etdi.
Sonra mövzu ətrafında geniş elmi müzakirələr aparıldı. Cıxış edənlər AMEA İqisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov, AMEA-nın müxbir üzvü Akif Musayev, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov, i.e.d., Tofiq Hüseynov, i.e.d., professor Rəna Sultanova, i.e.d., professor Rasim Həsənov, i.e.d., professor Qüdrət Əbdülsəlimzadə və başqaları müzakirəyə təqdim olunan mövzunun maraq kəsb etdiyini qeyd etməklə yanaşı ona öz münasibətlərini, fikirlərini, iqtisadi modelə irad və təkliflərini bildirdilər (economics.com.az).
Məzəddin Əyyubovun təqdimatı ilə daha yaxından aşağıdakı linqdə tanış olmaq olar