İki yeni monoqrafiya çap olunacaq
- Oxunub 2189 dəfə
Elmi Şuranın iclasında doktorantların dissertasiya mövzuları təsdiq edildi
Aprelin 12-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu.
İclasda “İS(S)İ-2015: İqtisadiyyatın liberallıq potensialı” adlı kollektiv və professor Rəna Sultanovanın “Azərbaycanın tarazlı regional inkişaf strategiyası” adlı fərdi monoqrafiyalar müzakirə edildi. Elmi Şura hər iki monoqrafiyanın çapa tövsiyyə olunması haqda qərar qəbul etdi.
Elmi Şurada 2016-2017-ci tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul edilmiş doktorantların dissertasiya mövzularının hər biri geniş müzakirə edildikdən sonra təsdiq olundu (economics.com.az).