Professor Akif Musayev Cənubi Koreyada keçiriləcək konfransa dəvət olunub
- Oxunub 990 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev 28 avqust - 01 sentyabr 2017-ci il tarixlərində Cənubi Koreyanın Seoul şəhərində keçiriləcək ASEM17 konqresinə dəvət alıb. Alimin konfrans çərçivəsində “Karbohidrogen yataqlarının geo-modelinin inteqrasiyalı təhlili” adlı məqaləsinin çap olunması da nəzərdə tutulur (economics.com.az).