Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Koordinasiya Şurasının növbəti iclası keçirilib

  • Oxunub 1464 dəfə

 Dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alınıb

 İyunun 20-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə keçirilən tədbirdə yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 46 doktorant və dissertantının dissertasiya mövzuları müzakirə edilib. Onlardan bir neçəsinin dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb (economics.com.az).