Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Akif Musayev beynəlxalq simpoziuma dəvət alıb

  • Oxunub 1196 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayev V.İ.Vernadski adına Krım Federal Universitetinin 100 illiyinə həsr olunmuş XI beynəlxalq simpoziumda iştirak üçün dəvət alıb. 14-27 sentyabr 2017-ci il tarixində Simferopolda keçiriləcək “Sosial-iqtisadi sistemlərin inkişafı, idarə edilməsi, modelləşdirilməsi və təhlili” adlı tədbirin təşkilatçıları V.İ.Vernadski adına Krım Federal Universiteti, Rusiya Elmlər Akademiyasının Sistemli Təhlil İnstitutu, Sankt-Pederburq Dövlət Universiteti, Belarus Dövlət Universiteti və Donesk Milli Universitetidir (economics.com.az).