Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda iki dissertasiya işi müzakirə olundu

  • Oxunub 1597 dəfə

 İyulun 14-də AMEA İqtisadiyyat İnstitutunda Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Hüseynov Səbuhi Tahir oğlu “Müasir şəraitdə istehlak malları ilə xarici ticarətin idarə edilməsinin iqtisadi-təşkilati aspektləri” mövzusunda (“Sahə ixtisası” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər prof. A.Səmədov). O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilər – i.e.d. Atik Kərimov və i.f.d. Şahraz İbrahimov təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə yanaşı əsaslandırılmış şəkildə xeyli irad və təkliflərini bildiriblər. İddiaçı S.Hüseynov seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Seminarda çıxış edənlər – İ.Kərimli, R.Efendiyev, Y.Məmmədov, A.Muradov, T.Əliyev və digərləri tədqiqat işi ilə bağlı öz mülahizələrini, xeyli irad və təkliflərini səsləndirdilər. Sonda S.Hüseynovun dissertasiya işi açıq səsvermə yolu ilə seminarda səsləndirilən, xüsusən də rəyçilərin irad və təkliflərinin nəzərə alınması şərti ilə yenidən işləndikdən sonra təkrarən Elmi Seminarda müzakirəyə çıxarılması tövsiyyə edildi.

 Seminarın ikinci hissəsində AMEA İqtisadiyyat İnstitutunun dissertantı Qarayev Məzahir Mahal oğlu “Azərbaycanın regionlarında turizmin inkişafının sosial-iqtisadi problemləri” mövzusunda (“Sahə ixtisası” ixtisası üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbər prof. Rəna Sultanova). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Fərhad Rəhmanov və i.f.d. Ələsgər Sarıyev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı M.Qarayev suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).