Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Şair Rüstəm Behrudi ilə görüş

 

 29 dekabr 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rüstəm Behrudi ilə görüş keçirilmişdir.

 Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva şair haqda təqdimatla çıxış etmişdir. Şair "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. "Şaman duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.

 Sonra söz alan Rüstəm Behrudi müxtəlif dövrlərdə yazdığı şeirlərindən parcalar oxudu. Habelə şair tədbir iştirakçılarının – oxucularının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı. Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verən şairin iqtisadçılarla maraqlı, şer dolu görüşü baş tutdu (economics.com.az).

 Fotoqalereya (yükləyin)