Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Xalq şairi Zəlimxan Yaqubla görüş

  

   30 yanvar 2015-ci ildə AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi Zəlimxan Yaqubla görüş keçirilmişdir.

  Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva şair haqda təqdimatla çıxış etmişdir. Şair Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

  Sonra söz alan Zəlimxan Yaqub müxtəlif dövrlərdə yazdığı şeirlərindən parcalar oxudu. Habelə şair tədbir iştirakçılarının – oxucularının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı. Maraqlı çıxışlar oldu. Aşıqların da qatıldığı, sazlı-sözlü tədbir baş tutdu (economics.com.az).

 

 Fotoqalereya (yükləyin)