Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Şair Sabir Rüstəmxanlı ilə görüş

İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Xalq şairi ilə şeir dolu söhbət

     Mayın 4-də AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirildi. Şairlə görüşə iqtisadçılarla yanaşı ədəbiyyatçılar da qatılmışdılar. Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d. Rəsmiyyə Abdullayeva Sabir Rüstəmxanlı haqda təqdimatla çıxış etdi. Akademik Teymur Kərimli şairin yaradıcılığından , “Ömür kitabı”ndan, müasir dövrdə ən çox oxunan şairlərdən biri olmasından söz aşdı. Onu istiqlal şairi kimi qeyd etməklə yanaşı həm də istedadlı yazıçı, puplisist, içtimai xadim kimi də xarakterizə etdi.
    Sonra söz alan Sabir Rüstəmxanlı müxtəlif dövrlərdə yazdığı şeirlərindən parcalar oxudu, son illər yazdığı romanları barədə danışdı. Habelə şair tədbir iştirakçılarının – oxucularının ona ünvanlanmış çoxsaylı suallarını cavablandırdı. Bir çox suallara elə şeirlə də cavab verdi. Bəzi suallar onu keçmişə, gənclik illərinə apardı, nostalji hislər yaşandı. Şairin vətən, yurd sevgisi ilə bağlı şeirləri, düşüncələri alqışlarla qarşılandı. Bir sözlə, maraqlı, diqqət çəkən, vətənpərvərlik ruhunda şeirlərlə dolu söhbət alındı. Bütün tədbiri “Savalan” musiqi qrupunun müşayiət etməsi isə görüşə xüsusi bir rəng də qatdı...