Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İİTKM-də Çinli alimlərin iştirakı ilə seminar keçirilib

  • Oxunub 1577 dəfə

  Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak ediblər

 AMEA İqtisadiyyat İnstitutu ilə Çin İctimai Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” elmi-praktik konfrans çərçivəsində Bakıda işgüzar səfərdə olan Çin nümayəndə heyətinin iştirakı ilə sentyabrın 20-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İqtisadi inkişaf modelləri: Azərbaycan və Çin nümunələri" mövzusunda seminar keçirilib. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev və İnstitutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Efendiyev də iştirak ediblər.

 Seminarda İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı ölkədə həyata keçirilən strateji yol xəritələri və yeni iqtisadi model quruculuğu barədə çıxış edib. V.Qasımlı qeyd edib ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək yolunun rəqəmsallaşmasına töhfə verir. "Azexport" portalının rəhbəri Zaur Qardaşov isə adıçəkilən resurs və "Alibaba" arasında olan əməkdaşlıq barədə məlumat verib.

 ÇSEA İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Canxun isə bildirib ki, onun ölkəsində qlobal çağırışlara uyğun olaraq iqtisadi siyasət yürüdülür. Onun sözlərinə görə, iki ölkənin alimləri arasında əməkdaşlıq hər iki modelin dərindən öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var. Seminarda Böyük İpək yolu boyunca Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə olunub. Xüsusilə, qeyd edilib ki, neft-qaz, İKT, aqrar, turizm və digər sahələrdə geniş əməkdaşlıq imkanları var. Çinli alimlər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olublar (economics.com.az).