Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı Pekində keçirilən beynəlxalq seminarda iştirak edir

  • Oxunub 983 dəfə

 Xəbər verdiyimiz kimi, noyabrın 5-dən 18-ə qədər Çinin paytaxtı Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının İpək Yolu İnstitutu və Çin Sosial Elmlər Akademiyasının Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutu tərəfindən təşkil olunan və  Beynəlxalq Enerji Forumu tərəfindən dəstəklənən “Bir qurşaq - bir yol təşəbbüsü və qlobal enerji əlaqələrinin inkişafı üzrə 1-ci beynəlxalq seminar” keçirilir. Tədbirlərdə AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədov da iştirak edir.

  Noyabrın 6-da seminarın rəsmi açılış mərasimində Çin Sosial Elmlər Akademiyasının (Çin SEA) Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Li Ping, Çin SEA-nın Assosiativ prezidenti, prof. Fang Cai, Maliyyənin İnkişafına Yardım Assosiasiyasının icraçı direktoru, Çin İnkişaf Bankının keçmiş vitse-prezidenti Jiping Li, Qlobal Enerji Əlaqələrinin Tədqiqi İnstitutu və Qlobal Enerji Əlaqələrinin İnkişafı və Əməkdaşlıq Təşkilatının assosiativ direktoru Yuanbinq Zhou çıxış ediblər.

 Seminarda prof. Li Ping “Çinin iqtisadi inkişaf perspektivləri və Çin emal sənayesi – 2025”,  prof. Fang Cai, Jiping Li “Bir Qurşaq - bir yol Təşəbbüsünün infrastrukturu və əlaqələndilrilməsi”, Çin Kommunikasiya Universitetinin dekanı, prof. Zhou Fan “Ağıllı texnologiyalar və yaradıcı sənaye sahələri”, Çin Beynəlxalq Neft-Kimya Şirkətinin tədqiqatlar üzrə direktoru Pey Vang “Asiya-Sakit okean regionu və Çin neft bazarı”, Çin Enerji Fondu Komitəsinin sədr müavini və baş katibi Patrik C.P. “Qlobal enerji əməkdaşlığı və qarşılıqlı əlaqələr”, Enerji İqtisadiyyatı İnstitutunun keçmiş baş iqtisadçısı, Çin Dövlət Elektrik Şəbəkəsi Enerjisinin Tədqiqi İnstitutundan prof. Zhaoguang Hu “Enerji sektoru və ağıllı enerji”, Milli İnkişaf və İslahat Komissiyasının Enerji Tədqiqatı İnstitutundan Jian Liu “Ağıllı nəqliyyat sistemləri və təmiz enerjili nəqliyyat vasitələri” mövzusunda mühazirələr oxuyublar. Aparılan müzakirələrdə AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, i.f.d. Nəsimi Əhmədov yaxından iştirak edib.   

 Noyabrın 10-da Pekin şəhərindəki “Mədəni və İnnovasiya  Parkı-751”lə tanışlıq səfəri təşkil olunub. Bu kreativ klaster öz sənaye resurslarını texnologiya, moda, incəsənət və sairlə birləşdirir. Həmçinin seminar iştirakçıları Zhengdong Qrupunun Cənub Enerji İstehsalı Stansiyasının idarəetmə mərkəzində olublar. Həmin gün Çin SEA-nın Kəmiyyət və Texniki İqtisadiyyat İnstitutunda Çin Mühəndislik Akademiyasının akademiki, Tianjin Universitetinin professoru Yu Yiksin “Enerji inqilabı və enerjinin paylanması” mövzusunda çıxış edib.

 Noyabrın 11-də seminar iştirakçıları Tianjin şəhərinə gedərək Sino-Sinqapur Tianjin Eko Şəhərinin Xidmət Mərkəzində və Günəş Enerjisi İstehsalı Stansiyasında olublar. Seminar öz işini davam etdirir (economics.com.az).