Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda konfransda iştirak ediblər

  • Oxunub 1030 dəfə

 Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  Müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  həmin mövzularda tədqiqat  və araşdırma işlərinin aparılmasına marağı artırmaq məqsədilə  təşkil olunub.

 Konfransda müxtəlif mövzularda məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutunun iki əməkdaşı – “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin böyük elmi işçisi, i.f.d. Leyli Allahverdiyeva “Ölkənin iqtisadi inkişafında rəqabət qabiliyyətli turizmin rolu”, “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin elmi işçisi Tural Məmmədov  isə “Turizm ehtiyatları və onlardan səmərəli istifadə” mövzularında çıxış ediblər (economics.com.az).