Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğinə dair müzakirələr aparılıb

  • Oxunub 1677 dəfə

 Konfransda İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d. Rüfət Efendiyev məruzə ilə çıxış edib

  Noyabrın 22-də Bakıda “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransa MDB-yə üzv dövlətlərdən, o cümlədən Rusiya, Belarus və digər ölkələrdən gənclər təşkilatlarının nümayəndələri, gənc alimlər və ekspertlər qatılıblar.

 AMEA İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev konfransın «Gənclərin sülh, dostluq və əməkdaşlıq ruhunda tərbiyəsi» mövzusunda müzakirələr aparılan sessiyasında "İnsan haqqında biliklər - mənəvi tərbiyə təcrübəsinin mahiyyəti kimi" adlı məruzə ilə çıxış edib.

 Konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclər sahəsinə göstərilən dövlət qayğısından danışıb, gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirib ki, tolerantlıq və multikulturalizm ölkəmizdə prioritet istiqamətlərdəndir. Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forum və konfranslar təşkil olunur. Ölkəmizdə gənclərin fəaliyyəti üçün geniş imkanların olduğunu vurğulayan nazir müavini onların beynəlxalq aləmə inteqrasiyası, kreativ ideyalarının reallaşdırılması və sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm addımların atıldığını bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən, ölkəmizdə gənclər üçün yaradılan şəraitdən danışaraq, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə məlumat verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən danışıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb (economics.com.az).