Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun iki əməkdaşı şahmat turnirinin qalibləri sırasında yer alıblar

  • Oxunub 2129 dəfə

 "Yüksək Texnologiyalar Parkı Kuboku"nda Tanriverdi Paşa II, Ağadadaş Qafarov isə III yerə layiq görülüblər

  AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 20 dekabr 2017-ci il tarixli sərəncamına əsasən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Yüksək Texnologiyalar Parkı Kuboku" şahmat turniri keçirilib. AMEA Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil olunan şahmat turnirinə akademiyanın elmi müəssisə və təşkilatlarından 16 komanda qatılıb. 4 gün davam edən yarışda iştirak üçün 32 əməkdaş qeydiyyatdan keçib. Final mərhələsində I, II, III və IV yerlərin sahibləri bəlli olub.

 Beləliklə, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Bilal Bilalov I, İqtisadiyyat İnstitutunun iki əməkdaşı - şöbə müdiri Tanriverdi Paşa II, baş elmi işçi, i.e.d. Ağadadaş Qafarov III, Fizika İnstitutunun əməkdaşı Sakin Cabarov isə IV yerə layiq görülüblər. Qaliblər Fəxri fərmanla təltif olunublar (economics.com.az).