Dissertantların elmi tədqiqat işlərinin şöbələrdə müzakirəsi keçirilir
- Oxunub 820 dəfə
“İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində dissertant Ceyhun Hüseynovun dissertasiya işinin planı müzakirə olundu
AMEA İqtisadiyyat İnstitutunun f.f.d, dos. Mayis Güləliyevin rəhbərlik etdiyi “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində dissertantların elmi tədqiqat işlərinin elmi rəhbərlərin iştirakı ilə müzakirəsi davam etdirilir. Yanvarın 31-də professor Nazim Müzəffərlinin iştirakı ilə şöbənin elmi işçisi, dissertant Ceyhun Hüseynovun “Azərbaycanda minimum əmək haqqı, biznes mühiti və iqtisadi artım arasında asılılığın ekonometrik qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin planı üzrə müzakirələr aparıldı. C.Hüseynov mövzu üzrə apardığı tədqiqatlarla bağlı məlumat verdi. Tədqiqat işi ətrafında maraqlı elmi diskussiya aparıldı (economics.com.az).