1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
- Oxunub 1121 dəfə
Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Mülki Müdafiə və milli qurumlar tərəfindən fövqəladə halların effektiv idarə olunması" mövzusunda maarifləndirici tədbir keçirildi.
İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışdı.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Anar Babayev Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır.
A.Babayev elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatının daha mühüm əhəmiyyət kəsb etməsi, baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.
Sonra AMEA İqtisadiyyat İnstitutunun Həmkar Təşkilatının sədri Tanrıverdi Paşa İnstitutun Mülki Müdafiə Qərargahının mülki müdafiyə sahəsində görüdüyü işlərin təqdirəlayiq olduğunu, həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd etdi.
İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, professor Tofiq Hüseynov mülki müdafiyə sahəsində keçmişin yaxşı təcrübəsindən danışaraq bu gün və gələcəkdə də mülki müdafiənin düzgün təşkil olunmasının vacibliyini vurğuladı.
Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi. Tədbirin sonunda qurumun inzibati binasının birinci mərtəbəsində mülki müdafiə qüvvələrinin əmlakına, fərdi mühafizə vasitələri və cihazlardan ibarət sərgiyə baxış keçirildi (economics.com.az).