Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirildi
- Oxunub 1085 dəfə
Aprelin 5-də AMEA Rəyasət Heyətinin xüsusi şöbəsinin tədbirlər planına uyğun olaraq İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə İnstitutun Fövqəladə Hallar Komissiyasının rəhbər heyətinin, mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirildi. Tədbirdə İnstitutun 4 manqası – xilasetmə, yanğınsöndürmə, tibbi-sanitar və rabitə manqalarının vəzifə borcları müzakirə olundu.
İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığı və baş verə biləcək fövqəladə hallar zamanı İnstitutun rəhbər heyətinin fəaliyyəti, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat verdi.
İnstitutun Mülki Müdafiə (MM) Qərargahının rəisi Anar Babayev baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi.
Sonra Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilmiş, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilmiş və məşqin keçirilməsi ilə digər təşkilati tədbirlər görülmüşdür. Sonda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).