Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işləri müzakirə olundu

  • Oxunub 904 dəfə

 Dissertasiya işləri AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib

  Aprelin 19-da AMEA İqtisadiyyat İnstitutunda növbəti Elmi Seminar keçirildi. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan seminarda iki iddiaçının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müzakirələri aparıldı. İddiaçılar barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi.

 İlk olaraq AMEA İqtisadiyyat İnstitutunun dissertantı Firiş Balaş oğlu Şəkərəliyev “Makroiqtisadi tənzimləmənin təmin edilməsində auditin rolu” mövzusunda (“İqtisadi nəzəriyyə” ixtisası üzrə) dissertasiya işi haqda məlumat verdi (elmi rəhbər, i.e.d., professor A.A.Rüstəmov).  O, işin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında cıxış etdi.

 İş üzrə təyin olunmuş rəyçilərin – i.e.d., prof. Vahid Novruzov və i.f.d. Yaşar Məmmədovun təqdim etdikləri rəylərdə mövzunun aktuallığını qeyd etməklə  yanaşı irad və təkliflərini bildiriblər. İddiaçı F.Şəkərəliyev seminar üzvlərinin ona ünvanlanmış suallarına, habelə rəyçilərin iradlarına ətraflı cavab verdi. Seminar üzvləri işlə bağlı öz mülahizələrini, irad və təkliflərini səsləndirdilər. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu.

 Seminarın ikinci hissəsində İran vətəndaşı, AMEA İqtisadiyyat İnstitutunun dissertantı Fallahi Kazem Aziz oğlu “İran İslam Respublikasında azad iqtisadi zonaların inkişaf problemləri (Bəndər Ənzəli azad iqtisadi zonanın timsalında)” mövzusunda (“Ümumi iqtisadiyyat” və “Dünya iqtisadiyyatı” ixtisasları üzrə) dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış etdi (elmi rəhbərlər i.e.d., D.Ə.Vəliyev, i.f.d., dos. Ə.H.Həsənov). Tədqiqat işinin aktuallığını, məzmununu, əsas elmi yeniliklərini, nəticə və təkliflərini diqqətə çatdırdı.

 Sonra iş üzrə təyin olunmuş rəyçilər – i.e.d., prof. Pəri Həsənova və i.f.d. Asif Mustafayev əsaslandırılmış şəkildə irad və təkliflərini qeyd etdilər. Digər cıxış edən seminar üzvləri də mövzunun aktual olduğunu vurğulamaqla yanaşı irad və təkliflərini səsləndirdilər. İddiaçı Fallahi Kazem suallara cavab verdi, qeyd olunan iradları işdə nəzərə alacağını bildirdi. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə irad və təkliflərin nəzərə alınması şərti ilə növbəti müzakirə mərhələsinə tövsiyyə olundu (economics.com.az).