Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda qələbə qazandı

  • Oxunub 3303 dəfə

 Komandamız AMEA Rəyasət Heyətinin komandasını 5:4 hesabı ilə məğlub edib

  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatı keçirilir. Artıq qrup oyunlarına start verilib. 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunur.

 Aprelin 24-də yarışlara qatılan və ilk oyuna çıxan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası AMEA Rəyasət Heyətinin komandasına 5:4 hesabı ilə qalib gəlib. Komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq! (economics.com.az).