Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız daha bir qələbə qazandı

  • Oxunub 2127 dəfə

 Komandamız Respublika Seysmoloji Xidmət Mərkəzin komandasını 4:2 hesabı ilə məğlub edib

  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatı keçirilir. Artıq qrup oyunlarına start verilib. 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunur.

 Aprelin 27-də növbəti oyuna çıxan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası Respublika Seysmoloji Xidmət Mərkəzinin komandasına 4:2 hesabı ilə qalib gəlib.

 Xatırladaq ki, aprelin 24-də yarışlara qatılan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda AMEA Rəyasət Heyətinin komandasına 6:5 hesabı ilə qalib gəlib.

 Komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq!(conomics.com.az).