Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası qrupda lider oldu

  • Oxunub 2765 dəfə

 Komandamız AMEA Zoologiya İnstitutunun komandasını  9:4 hesabı ilə məğlub edib

   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatı keçirilir. 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunur.

 Aprelin 30-da növbəti oyuna çıxan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası AMEA Zoologiya İnstitutunun komandasına 9:4 hesabı ilə qalib gəlib.  Xatırladaq ki, aprelin 24-də yarışlara qatılan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası ilk oyunda AMEA Rəyasət Heyətinin komandasına 6:5, ikinci oyunda Respublika Seysmoloji Xidmət Mərkəzinin komandasına 4:2 hesabı ilə qalib gəlmişdi. Artıq qrup oyunları yekunlaşdı və İqtisadiyyat İnstitutunun futbol komandası 3 oyunda qalib gəlməklə qrup lideri kmi növbəti mərhələyə adlayıb.

 Komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq! (conomics.com.az).