Futbol komandamız yarımfinala çıxdı
- Oxunub 2138 dəfə
İqtisadiyyat İnstitutunun komandası Təcrübə Sənaye Zavodunun komandasını 8:1 hesabı ilə məğlub edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatı keçirilir. 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunur.
Mayın 8-də növbəti oyuna çıxan AMEA İqtisadiyyat İnstitutunun futbol komandası Təcrübə Sənaye Zavodunun komandasına 8:1 hesabı ilə qalib gəlib.
Komandamızı təbrik edir və növbəti oyunda da qələbə arzulayırıq!(conomics.com.az).