İnstitutumuzun professoru Tərbiz Əliyev elmi konfranslarda məruzə ilə çıxış edib
- Oxunub 957 dəfə
Mayın 7-8-də Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müasir inkişaf mərhələsində elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda respublika elmi-praktik konfrans keçirilib. Tədbirdə məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.
Konfransda AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyev “Azərbaycanın iqtisadi fəaliyyət sahələrində klasterlərin yaradılmasının sosial-iqtisadi əhəmiyyəti”, İnstitutun dissertantı Həşim Əhmədov “AMEA-nın Yüksək Texnologiyalar Parkının yaranması, uğurları və fəaliyyətinin prioritetləri” mövzularında çıxış ediblər.
Bağlanış mərasimində çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfransda iştiraka və maraqlı məruzələrə görə iştirakçılara minnətdarlıq bildirib. Konfransda maraqlı çıxışları ilə seçilən tədqiqatçılara, o cümlədən prof. Tərbiz Əliyevə sertifikat təqdim olunub.
Mayın 2-3-də isə Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Həmin konfransda iştirak edən professor Tərbiz Əliyev və İqtisadiyyat İnstitutunun dissertantı İlham Eminbəyli məruzə ilə çıxış ediblər (economics.com.az).