Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Qadınlar Şurası yaradılıb

  • Oxunub 1076 dəfə

 Mayın 31-də AMEA İqtisadiyyat İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. Tədbirdə AMEA Qadınlar Şurasının sədri, f.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın  katibi, f.ü.f.d. Samirə Kadiyeva iştirak ediblər. AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa yığıncağın məqsədini açıqlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Rəna Mirzəzadə qadınların ictimai həyatdakı rolundan danışıb.

 Toplantıda AMEA İqtisadiyyat İnstitutunda Qadınlar Şurasının yaradılması məqsədəuyğun hesab edilib. İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, professor Rəna Sultanovanın Şuranın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib. Yıldız Əliyeva, Mətanət Rizayeva, Şəfəq İslamova, Tahirə Məmmədova, Nərgiz Məlikova və Vəfa Həşimova İdarə Heyətinin üzvləri, habelə Vəfa Həşimova sədrin müavini, Şəfəq İslamova isə katib seçiliblər (economics.com.az).