Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Koreya Milli Universitetinin professoru Jon-in Çoi ilə görüş keçirilib

  • Oxunub 856 dəfə

 İyunun 13-də Xanbat Koreya Milli Universitetinin vitse-prezidenti, professor Jon-in Çoi AMEA İqtisadiyyat İnstitutunda olub. O, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə görüşdə bildirib ki, “Koreya elm, innovasiya və yüksək texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır”. Görüşdə İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak edib.

 Tərəflər innovasiya və texnologiyalar sahəsində Azərbaycan-Koreya birgə layihəsinin həyata keçirilməsinə təşəbbüs göstərmək barədə razılığa gəliblər. Qeyd edək ki, prof. Jon-in Çoinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-dən 14-dək AMEA Yüksək Texnologiyalar Parkının Koreyalı həmkarları ilə birgə təşkilatçılığı ilə keçirilən seminarda iştirak etmək üçün Bakıda səfərdədilər (economics.com.az).