Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Korporativ İdarəetmə və Şəffaflıq” mövzusunda konfrans keçirilib

  • Oxunub 833 dəfə

Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı dos. Yaşar Məmmədov da iştirak edib

  İyunun 27-də "Deloitte & Touche" beynəlxalq auditor şirkəti Bakı şəhərindəki ofisində “Korporativ İdarəetmə və Şəffaflıq” mövzusunda konfrans keçirib. Konfrasnda Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, AMEA İqtisadiyyat İnstitutunun və digər qurumların nümayəndələri və audit komitələrinin rəhbərləri iştirak etmişdir. Tədbirdə aparıcı dövlət müəssisələrinin və özəl şirkətlərin nümayəndələri korporativ idarəetmə, daxili audit və auditor komitələrinin rolu, hesabatların müzakirəsi kimi məsələlərlə bağlı müzakirələr aparmış və bu sahələr üzrə fikir mübadiləsi etmişlər. İqtisadiyyat İnstitutunun “Maliyyə, kredit və pul siyasəti” şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dos. Yaşar Məmmədov  tədbirdə iştirak etmiş və auditin səmərəliliyi və idarəetmə sistemində təşkili məsələləri ilə bağlı müzakirələrə qatılıb (economics.com.az).