Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın İctimai Elmlər Bölməsi bürosunun yeni tərkibi təsdiqlənib

  • Oxunub 1153 dəfə

AMEA İqtisadiyyat İnstitutunun 3 elmlər doktoru İEB bürosunun işində yaxından iştirak etmək hüququ qazanıblar

  AMEA Rəyasət Heyəti AMEA-nın İctimai Elmlər Bölməsi (İEB) bürosunun tərkibi haqqında 11 iyul 2018-ci il tarixli qərar qəbul edib. Sənəddə qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının 08 iyun 2018-ci il tarixində keçirilmiş ümumi yığıncağında növbəti beş il müddəti üçün AMEA Rəyasət Heyətinin yeni tərkibi seçilmişdir. AMEA-nın Nizamnaməsinə əsasən, AMEA Rəyasət Heyətinin yeni tərkibinin seçilməsi AMEA-nın elmi bölmə bürolarının yeni tərkibinin seçilməsi zərurətini meydana çıxarmışdır. Bununla əlaqədar olaraq, 06 iyul 2018-ci il tarixində AMEA İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilmiş, ümumi yığıncaqda gizli səsvermə nəticəsində bölmənin akademik-katibinin müavinləri və büro üzvləri seçilmişdir. Açıq səsvermənin nəticəsinə əsasən filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi vəzifəsinə təsdiq edilməsi üçün AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınmışdır. Bundan əlavə, Bölmənin Ümumi yığıncağında açıq səsvermənin nəticəsinə əsasən, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, iqtisad üzrə elmlər doktoru Nazim İmanov, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin məşvərətçi səs hüququ ilə AMEA-nın İctimai Elmlər Bölməsi bürosunun işində iştirakı məqsədəuyğun hesab edilmişdir.

AMEA Rəyasət Heyəti qərara alıb ki:

1. AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibinin müavinləri və büro üzvləri aşağıdakı tərkibdə təsdiq edilsin:

Akademik Nərgiz Axundova – sədr

Akademik Şahin Mustafayev – müavin

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə – müavin

2. Akademik Teymur Bünyadov – üzv

Akademik Nailə Vəlixanlı – üzv

Akademik Gövhər Baxşəliyeva – üzv

Akademik Yaqub Mahmudov – üzv

AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev – üzv

AMEA-nın müxbir üzvü Şahbaz Muradov – üzv

AMEA-nın müxbir üzvü Musa Qasımlı – üzv

AMEA-nın müxbir üzvü Akif Musayev – üzv

2. Filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova AMEA-nın İctimai Elmlər Bölməsinin elmi katibi vəzifəsinə təsdiq edilsin.

3. Tarix üzrə elmlər doktoru Maisə Rəhimova, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, iqtisad üzrə elmlər doktoru Nazim İmanov, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva, tarix üzrə elmlər doktoru Məryəm Həsən qızı Seyidbəylinin məşvərətçi səs hüququ ilə AMEA-nın İctimai Elmlər Bölməsi bürosunun işində iştirakı məqsədəuyğun hesab edilsin.

Beləliklə də, müsbət haldır ki, AMEA İqtisadiyyat İnstitutunun 3 elmlər doktoru - Nazim Müzəffərli, Şahbaz Muradov və Akif Musayev AMEA-nın İctimai Elmlər Bölməsinin bürosunun işində yaxından iştirak etmək hüququ qazanıblar (economics.com.az).