İqtisadçıların futbol komandası 3 oyunda qalib gəlib
- Oxunub 840 dəfə
AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarışların ¼ finalına yüksəlib
AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə təşkil olunan II Spartakiada futbol, dama, şahmat və stolüstü tennis oyunlarını əhatə edir. Oktyabrın 1-dən II Spartakiadanın futbol yarışlarına start verilib. Oyunlarda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası indiyədək keçirilmiş 3 oyunda qalib gəlməklə yarışların ¼ finalına yüksəlib. Komandamız İnformasiya Texnologiyaları İnstitutunun komandasına 5:0, Genetik Ehtiyatlar İnstitutuna 8:1, Fəlsəfə İnstitutuna isə 10:2 hesabı ilə qalib gəlib.
Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!