Futbol komandamız yarımfinala çıxdı
- Oxunub 1367 dəfə
AMEA İqtisadiyyat İnstitutunun futbol komandası daha bir böyük hesablı qələbə qazanıb
Oktyabrın 1-dən AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə təşkil olunan II Spartakiadanın futbol yarışları davam edir. Oktyabrın 16-da AMEA İqtisadiyyat İnstitutunun futbol komandası AMEA Radiasiya Problemləri İnstitutunun komandasına 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, buna qədər oyunlarda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası indiyədək keçirilmiş 3 oyunda qalib gəlməklə yarışların ¼ finalına yüksəlmişdi. Komandamız İnformasiya Texnologiyaları İnstitutunun komandasına 5:0, Genetik Ehtiyatlar İnstitutuna 8:1, Fəlsəfə İnstitutuna isə 10:2 hesabı ilə qalib gəlib.
Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!