Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Rəhbər Heyətin mülki müdafiə məşqi keçirildi

  • Oxunub 876 dəfə

 Oktyabrın 23-də AMEA İqtisadiyyat İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun Fövqəladə Hallar Komissiyasının (FHK) sədri, i.f.d. Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, quruluşu, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat verdi.

 İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Anar Babayev mülki müdafiə qüvvələrinin funksional vəzifələrinin icrası barədə danışdı, maarifləndirici xarakterli məlumatlar verdi. Məşqə İqtisadiyyat İnstitutunun rəhbər heyəti, MM qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti cəlb olunub. Məşqin gedişi dövründə MM planının dəqiqləşdirilməsi; rəhbər, komandir-rəis heyətinin öz funksional vəzifələrini bilməsi; məşqə ümumi hazırlıq və sənədləşdirmə işlərinin aparılması məsələlərinə baxıldı. Nəticəyə gəlindi ki, İqtisadiyyat İnstitutunun rəhbər heyəti və MM qərargahı fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələri yerinə yetirməyə qismən hazırdır.

Sonda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş video-rolik nümayiş etdirildi (economics.com.az).