Futbol komandamız 4-cü yerə çıxdı
- Oxunub 635 dəfə
Oktyabrın 1-dən AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə təşkil olunan II Spartakiadanın futbol yarışları başa çatıb. Oktyabrın 25-də AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarımfinalda AMEA Rəyasət Heyətinin komandasına 3:1 hesabı ilə məğlub olublar. Beləliklə də, son nəticələrə əsasən komandamız 4-cü yeri tutub.
Qeyd edək ki, oyunlarda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası yarımfinala qədər keçirilmiş 4 oyunda qalib gəlmiş, 1 oyunda uduzmuşdu (economics.com.az).