Dağıstan EM Sosial-iqtisadi İslahatlar İnstitutu ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb
- Oxunub 764 dəfə
Oktyabrın 18-də keçirilmiş AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri və “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans haqqında Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Sosial-iqtisadi İslahatlar İnstitutunun internet saytında - http://www.iseiran.ru (yüklə) geniş məlumat verilib.
Saytda bildirilir ki, İnstitutun şöbə müdiri, iqtisad elmləri namizədi Nəbiyulla Qiciyev Bakıda keçirilən həmin yubileydə yaxından iştirak edib, beynəlxalq konfransda məruzəsi dinlənilib.
N.Qiciyev AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə işgüzar görüş də keçirib, əməkdaşlıq imkanları müzakirə olunub. Bununla yanaşı, AMEA İqtisadiyyat İnstitutu ilə Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Sosial-iqtisadi İslahatlar İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb (economics.com.az).