Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dosent Yaşar Məmmədovun doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi

  • Oxunub 818 dəfə

 Noyabrın 1-də AMEA İqtisadiyyat İnstitutunda “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri vəzifəsini icra edən, iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədovun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və yüksəldilməsi yolları» mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirildi. İnstitutun “Maliyyə, pul-kredit siyasəti”,  “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” və “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbələrinin birgə iclasına i.e.d., professor Gülşən Yüzbaşıyeva sədrlik edirdi.

 İddiaçı barədə məlumat verildikdən sonra Y.Məmmədov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi. İşlə bağlı rəyçilər – i.e.d., professorlar Arif Şəkərəliyev, Hacıağa Rüstəmbəyov və Qəzənfər Süleymanov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və tövsiyələrini səsləndirdilər. Y.Məmmədov ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi.

 Şöbə əməkdaşları da tədqiqat işi ilə bağlı öz mülahizələrini səsləndirdilər. Çıxış edənlər - prof. Rəna Sultanova, prof. Tərbiz Əliyev, prof. Nazim Müzəffərli, dos. Allahyar Muradov, dos. Mayis Güləliyev, i.f.d. Ələsgər Sarıyev  və digərləri dissertasiya işinin aktual mövzuya həsr edildiyini, tamamlanmış tədqiqat işi olduğunu və Ali Atteatasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).