Professor Misir Mərdanov institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb
- Oxunub 809 dəfə
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov İctimai Elmlər Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun “AMEA-nın "Xəbərləri İqtisadiyyat seriyası” jurnalının məsul katibi, i.f.d. dos. Yaşar Məmmədov və “Elmi əsərlər” toplusunun məsul katibi Gülnarə Məmmədova da iştirak ediblər.
Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb (economics.com.az).